BSU-da ASAPES-in magistr proqramının infossesiyası keçirilib

Mayın 17-də Bakı Slavyan Universitetində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ASAPES “İdman jurnalistikası” magistr proqramının infossesiyası keçirilib.

BSU-nun rektor müşaviri Elçin Hüseynov qonaqları salamlayaraq, görüşün keçirilməsinin əsas məqsədinin universitetdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin ASAPES-in “İdman jurnalistikası” magistr proqramı barədə geniş məlumat əldə etmələri olduğunu bildirib.

Sonra ASAPES-in tanıtım videoçarxı təqdim edilib.

ASAPES-in magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva ASAPES-in “İdman jurnalistikası” magistr proqramı barəsində geniş təqdimatla çıxış edib. Tədris prosesi, akademik heyət ,xaricdə təcrübə tələbələrin magistr proqramına qoşulmaqla əldə edəcəkləri imkanlardan danışıb.

İnfosessiyanın sonunda tələbə və müəllim heyətin sualları cavablandırılıb.