BSU-da təhsil alan əcnəbi tələbələr ağacəkmə aksiyasında iştirak ediblər

Dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Bakı Slavyan Universitetində (BSU) təhsil alan Türkiyə, Çin və Pakistandan olan əcnəbi tələbələr də qoşulub.

Ağacəkmə kampaniyasında ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbərliyi də sözügedən kampaniyaya qoşulublar.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda, əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə keçirilən payız ağacəkmə aksiyasında 18 ali təhsil müəssisəsindən 33 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib.

 

Bir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər