Dekabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib.
Görüşdə Nəsimi RİH yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, inzibatı orqanların nümayəndələri, rayonun ümumtəhsil müəssisələrinin psixoloqları və rayon gəncləri, eləcə də Bakı Slavyan Universitetinin (BSU) bir qrup fəal tələbəsi iştirak ediblər.
Tədbirdə ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda mövzu üzrə müzakirələr aparılıb və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilib.