BSU tələbəsi “Yaradıcılıq emalatxanası” layihəsində iştirak edib

1-8 dekabr tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tovuzda gənclərin “Yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilib.

Layihə “Şuşa İli” və “Tovuz - Gənclər Paytaxtı” Tədbirlər planlarına müvafiq olaraq icra edilib.

“Yaradıcılıq emalatxanası”nda Bakı Slavyan Universitetinin (BSU) Humanitar və sosial elmlər fakültəsinin lV tədris ili tələbəsi Murad Hüseynli də iştirak edib. O, estrada ifaçılığı sahəsi üzrə təlimlərə qatılıb.

Dekabrın 7-də Tovuzdakı Nizami Mədəniyyət Evində emalatxanın bağlanış konserti keçirilib, gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər.