BSU-da «Sən də bir günlük tələbə ol»

Bakı Slavyan Universiteti abituriyentlər üçün maraqlı layihəyə başlayır. BSU-da «Sən də bir günlük tələbə ol» adlı layihənin məqsədi 10-11- ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etmək, mövcud ixtisaslar və təqaüd imkanları barədə ətraflı məlumat vermək, ixtisas seçimində şagirdlərə dəstək olmaqdır.

İştirakçılar, həmçinin, BSU-nun professor-müəllim heyəti ilə tanış olmaq və seçdikləri ixtisas üzrə tədris olunan dərslərdə iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, BSU -da III və IV ixtisas qrupları üzrə ( Azərbaycan və Rus dillərində) tədris aparılır.

Layihədə iştirak etmək üçün qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://shorturl.at/cFGM4