BSU-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə görüş keçirilib

Dekabrın 14-ü Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə tələbələrin görüşü keçirilib.

Görüşdə AGMA-nın direktoru Rüfət Əsədzadə AGMA-nın gənc müəllimlər üçün yaratdığı geniş fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O, “Gencmuellim.az” platformasının əhəmiyyəti barədə danışaraq, sözügedən platformanın müəllimlərə davamlı öyrənmə imkanları yaratdığını bildirib. Qurumun sədri, həmçinin, pedaqoji fəaliyyətlə bağlı yerli və beynəlxalq təcrübələrini bölüşüb.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.