Dekabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) kollektivinin nümayəndələri Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət ediblər
BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq, 12 dekabr tarixində BSU-nun bütün fakültələrində, həmçinin magistratura səviyyəsi üzrə keçirilən ilk dərslər Ulu öndərin əziz xatirəsinə həsr olunub.