BSU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

4-5 may 2023-cü il tarixlərində  Bakı Slavyan Universitetində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq  elmi konfrans keçiriləcək.

“Heydər Əliyev  və Azərbaycanşünaslıq”, “ Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası”; “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf"; “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti”,  “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev-Azərbaycan dilçiliyi və ədəbiyyatı” istiqamətləri üzrə təşkil olunacaq beynəlxalq elmi konfransın işçi dilləri Azərbaycan, türk, ingilis, rus dilləridir.

“Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq  elmi konfransa tezislərin  son qəbul tarixi 28 mart 2023-cü ildir.

Beynəlxalq elmi konfrasda iştirak  və tezislərin  tərtibi qaydaları ilə bağlı ətraflı  məlumatı  (bsu-uni.edu.az) saytının “Elanlar” bölməsindən (https://bsu-uni.edu.az/az/announce/313) əldə edə bilərsiniz.