BSU ilə Dərs Evi Mərkəzinin birgə layihəsi çərçivəsində ilk təlim keçirilib

Dekabrın 5-də Bakı Slavyan Universiteti (BSU) ilə Dərs Evi Təhsildə İnkişaf və İnnovasiyalar mərkəzinin "Glimmer for education" adlı birgə layihəsi çərçivəsində ilk təlim keçirilib. 

 Layihə gələcək müəllimlərə peşəkar dəstək göstərmək və onların təhsildə idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Dekabr ayı ərzində layihə çərçivəsində keçiriləcək mühazirə və simulyasiya təlimlərində BSU-nun

məlumat sessiyaları və elektron sorğu nəticəsində seçilmiş 20 tələbəsinin iştirakı nəzərdə tutulur. 

Təlimlər Dərs Evi Mərkəzinin ABŞ və İsraildə müvafiq təhsil almış peşəkar mütəxəssisləri tərəfindən aparılır.

 

Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər