BSU-da “Elmi tədqiqat üçün akademik yazı bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib

Dekabrın 5-də Bakı Slavyan Universitetində (BSU) “Elmi tədqiqat üçün akademik yazı bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.

 

Təlimdə ADA Universitetinin Akademik yazı və informasiya savadlığı üzrə mütəxəssisi Lalə Məmmədova BSU-nun müxtəlif ixtisaslar üzrə təhsil alan IV kurs bakalavr və II kurs magistratura tələbələrinə məqalə və mətnlərin, habelə müxtəlif iş və məlumat sənədlərinin səriştəli yazılması üçün üslub baxımından dil bacarıqlarının inkişafı, elmi mətnin təşkili, elmi mətnləri təhlil etmək və qiymətləndirmək bacarığı, həmçinin məlumat mənbələri ilə işləmək və təhlil etmək bacarığı haqqında ətraflı məlumat verib.