BSU-da Qoşulmama Hərəkatının Gənclər Təşkilatının məlumatlandırma sessiyası keçirilib

Noyabrın 29-da Bakı Slavyan Universitetində( BSU) Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) yeddinci məlumat sessiyası keçirilib. 

Sessiya tədbirə ev sahibliyi edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın çıxışı ilə başlayıb. Ardınca Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin Birinci Katibi Əsmər Yusifzadə çıxış edərək təşkilatın təşəbbüsü ilə gənclər arası fikir mübadiləsinin dəstəklənməsinin önəmini vurğulayıb.

Tədbir QHGT-nin sədri Orduxan Qəhrəmanzadə nitqi ilə davam edib. Sədr tələbələrə QH çərçivəsində Azərbaycan sədrliyinin prioritetləri və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. 

Tədbirin davamında QH-nin Gənclər Təşkilatının Katibliyinin rəhbəri Ceyran Cəfərova tələbələrə Qoşulmama Hərəkatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı haqqında təqdimat nümayiş etdirib. Təqdimat zamanı təşkilatın 2023-cü il üzrə fəaliyyət planı barədə məlumat tələbələrin nəzərinə çatdırılıb.

Həmçinin, təşkilatın həyata keçirdiyi ən böyük layihələrdən olan QH Modeli Simulyasiya Konfransı, QH Gənclər Sammiti və Beynəlxalq Xeyriyyə Bazarı kimi tədbirləri əks etdirən video-çarxlar nümayiş olunub.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Məlumat sessiyasının məqsədəuyğun icrasının əsas göstəricisi olan sual-cavab sessiyası zamanı tələbələr yüksək aktivlik göstərib. QH Gənclər Təşkilatı tərəfindən təşkil edilən tədbirlər haqqında verilən suallar və rəylər təşkilatın uğurlu fəaliyyətini bir daha təsdiqləyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı Azərbaycanın Hərəkata sədrliyinin təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayında təsis olunub. Şəbəkənin təşkilatçılığı ilə 25-29 iyul 2022-ci il tarixlərində baş tutan Bakı Gənclər Sammitinin nəticəsində Şuşa Akkordu (Şuşa razılaşması) sənədi qəbul edilib və bu sənədə əsasən, QH Gənclər Təşkilatı yaradılıb. 

Təşkilat tərəfindən keçirilən məlumat sessiyalarının əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan gənclərə QH-nin prinsipləri və Gənclər Təşkilatının fəaliyyəti ilə bağlı məlumatlılığın artırılmasıdır.

 

Bir 1 nəfər, ayaqda və bunu deyən yazı "NON-ALIGNED MOVEMENT YOUTH ORGANIZATION" şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər