BSU-da yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib

Noyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib. Tədbir “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

Tədbirdə rektorun müşaviri Elçin Hüseynov dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində Yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən təbliğat-təşviqat işinin təşkilinin, ali təhsil müəssisələrində, ümumiyyətlə, cəmiyyətdə bu sahədə təbliğat məzmunlu tədbirlərin keçirilməsinin vacibliyini bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Araz Əsgərli Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat haqqında məruzə ilə çıxış edib. Çıxışında qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə ətraflı məlumat verib.

BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə belə maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonda Araz Əsgərli tədbir iştirakçılarının yol hərəkəti qaydaları ilə bağlı suallarını cavablandırıb.

Bir 8 nəfər, ayaqüstə duran insanlar və çiçək şəkili ola bilər

Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər