BSU-nun Gənc Jurnalistlər Klubunun üzvləri ilə görüş keçirilib

Noyabrın 17-də Bakı Slavyan Universitetinin (BSU) Gənc Jurnalistlər Klubunun üzvləri ilə görüş keçirilib.

Əvvəlcə BSU-nun Mətbuat və informasiya mərkəzinin müdiri Zeynab Kazımova BSU Gənc Jurnalistlər Klubunun əhəmiyyəti və fəaliyyət istiqaməti ilə bağlı məlumatı diqqətə çatdırıb.

Zeynab Kazımova jurnalistikanın əsas anlayışları, janrları, xəbərlər, reportaj və müsahibələrin hazırlanması barəsində ətraflı məlumat verib. Eyni zamanda, jurnalist etikası və peşəkarlığından, həmçinin, ixtisaslaşmış jurnalistikanın əhəmiyyətindən danışıb.

Qarşılıqlı diskussiya formasında keçən nəzəri-praktiki görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.