BSU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 16-da Bakı Slavyan Universitetində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor müşaviri Elçin Hüseynov bu günün əhəmiyyətini vurğulayaraq Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən danışıb.
Tədbirdə Azərbaycan multikultiralizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev “Tolerantlıq Müxtəliflikdə harmoniya “, Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova “Tolerantlıq ölkələrarası inteqrasiyanın əsas şərtidir”, Azərbacan multikulturalizmi və ölkəşünaslıq kafedrasının baş müəllimi Maya Cəfərquliyeva “ Multikulturalizmi öyrədərkən: əsas təcrübələr, problemlər, perspektivlər” mövzularında məruzələr təqdim ediblər. Həmçinin, Portuqaliya-İsrail Dostluq Assosiasiyasının prezidenti, Oeras Universitetinin professoru, iudaizm dinləri şöbəsinin baş elmi işçisi Antonio Lose Agulilo Fustek Karia Mende zoom vasitəsilə tədbirə qoşularaq tolerantlıq haqqında geniş təqdimatla çıxış edib.

Çıxışlarda dünyada tolerantlığın formalaşması prosesi, Azərbaycanda tolerantlıq ənənələri, multikulturalizm və tolerantlıq anlayışlarının mahiyyəti, multikulturalizmin təhsildə təzahürü haqqında ətraflı məlumat verilib.

Tədbir mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.