BSU-nun bir qrup tələbəsi“Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında iştirak ediblər

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib.
 
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak etdiyi yarışa Bakı Slavyan Universitetinin tələbələri də qatılıb.
 
İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar.
 
Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar