BSU - nun rektoru "British Council" nümayəndələri ilə görüşüb

Noyabrın 14-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev " British Council"ın nümayəndələri - “British Council”ın Ölkə üzrə direktoru Nərgiz Hacıyeva,

İmtahanlar üzrə menecer Nərgiz Əkbərova, Təlim üzrə menecer Sevinc Ağazadə ilə görüşüb. 

Görüşdə BSU-da müəllim və tələbələrin ingilis dili səviyyəsinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq məsələləri, ingilis dili üzrə müəllimlərin bilik və bacarıqlarının artırılması yolları, diaqnostik tədbirlərin keçirilməsi müzakirə olunub.

Həmçinin, İngilis dili üzrə ortaq akademik layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.