BSU-nun şəhid məzunu Kənan Rüstəmlinin doğum günüdür

Noyabrın 14-ü Bakı Slavyan Universitetinin (BSU)məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin doğum günüdür.

Kənan Rüstəmli 1999-cu il, noyabrın 14-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.

 BSU-da Tərcümə fakültəsində təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Biləsuvar rayonunun Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb.

 

Bir 1 nəfər və mətn şəkili ola bilər