BSU-da TKTA-nın maarifləndirici təlimi keçirilib

Noyabrın 11-də Bakı Slavyan Universitetində (BSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) maarifləndirici təlimi keçirilib.

Təlimdə universitetin kafedra müdirləri, akademik heyət üzvləri, müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, təlim TKTA ilə BSU arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsinə uyğun olaraq təşkil olunub.