BSU-nun rektoru və bir qrup tələbəsi 8 Noyabr – Zəfər Günü münasibətilə çap edilmiş “Ölümsüzlər” adlı kitabın təqdimatında iştirak ediblər.
8 Noyabr – Zəfər Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən çap edilmiş “Ölümsüzlər” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev başda olmaqla, bir qrup fəal tələbə də iştirak edib.
Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Ölümsüzlər” adlı kitab şəhid analarına və tədbir iştirakçılarına təqdim edilib.