BSU-da icbari tibbi sığorta ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub

Noyabrın 1-də Bakı Slavyan Universitetində (BSU) icbari tibbi sığorta ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Fuad Bayramov icbari tibbi sığorta sisteminin məqsədi, sığorta haqları haqqında danışıb.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin şöbə müdiri Pərvin Baxşəliyeva icbari tibbi sığorta sistemindən istifadə qaydaları, müraciət formaları, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, eləcə də bu xidmətlərin həyata keçirildiyi tibb müəssisələri və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.