BSU-nun bir qrup fəal tələbəsi “Jurnalistikada irəliləyiş” adlı təlimdə iştirak ediblər

Oktyabrın 28-də Bakı Slavyan Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin bir qrup fəal tələbəsi “Bir Könüllü” Təşkilatının Bakı Slavyan Univeristeti üzrə kordinatorunun təşkil etdiyi PR və Marketinq üzrə mütəxəssis Səmayə Məmmədovanın ”Junalistikada irəliləyiş” mövzusunda təlimində iştirak ediblər.

Təlimdə tələbələrə jurnalistika sahəsi haqqında ətraflı məlumat verilib, bu sahəni necə düzgün inkişaf etdirilməsi müzakirə olunub.

Təlimdə, həmçinin, təlimçi Səmayə Məmmədovanın “Peşakarlığın rəsmi” adlı kitabının təqdimatı olub.

Sonda müəllifin kitabı iştirakçılara hədiyyə olunub.