Oktyabrın 28-də BSU-nun bir qrup fəal tələbəsi Nəsimi rayonunda “Abad həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak ediblər.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 1000-ə yaxın sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Mir Cəlal küçəsi 42 saylı binada və ətraf ərazidə abadlıq,quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.