BSU-nun məzunu olmuş Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsi yad edilib

Oktyabrın 31-də Biləsuvar rayoununda Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsi yad edilib.

Kənan Rüstəmlinin şəhid olmasının ildönümü ilə bağlı keçirilən anım mərasimində BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Həmkarlar İttifaqının sədri, dosent Əzim Əliyev, Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva, Tərcümə fakültəsinin müəllimi, dosent Kamran Hacıyev və universitetin bir qrup fəal tələbəsi iştirak ediblər.

Əvvəlcə şəhid Kənan Rüstəmlinin məzarı və xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış abidə-bulaq kompleksi ziyarət edilib, məzarı və abidə-bulaq kompleksi önünə əklil və gül dəstələri qoyulub.

Sonra şəhid Kənan Rüstəmlinin ailə üzvləri ilə görüşən BSU kollektivinin üzvləri, müəllim və tələbələr belə bir vətənpərvər oğul böyüdüb tərbiyə etdiyinə görə Kənan Rüstəmlinin
ailəsinə minnətdarlıq bildiriblər.