BSU-da Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 31-də Bakı Slavyan Universitetində ( BSU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş " Bir ulduz parladı uzaq üfüqdən- Əhməd Cavad" adlı tədbir keçirilib.

Tədbirin moderatoru, kafedranın dosenti Günay Qarayeva görkəmli şairin yaradıcılığının mövzu dairəsi, dil,üslub, forma xüsusiyyətləri barədə geniş məlumat verib.

Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rəhilə Qeybullayeva milli istiqlal şairi Əhməd Cavadın bədii yaradıcılıgının müasir dövrümüz üçün də aktual olduğunu vurğulayıb.

Kafedranın professoru Leyla İmaməliyeva 5 xarici dil bilmiş Əhməd Cavadın bədii yaradıcılığı ilə yanası, 29 illik pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sonra Filologiya fakültəsinin III tədris ili tələbələri Validə Vəliyevanın "1920-1930-cu illər ədəbi tənqidində Əhməd Cavad" və Aytac Mirzəyevanın " Əhməd Cavad yaradıcılıgında türkçülük və turançılıq" mövzularında çıxışları dinlənilib.