BSU-da “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar (ESG)” adlı təlim keçirilib

Oktyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar” adlı təlim keçirilib.

Təlimdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin(TKTA) Təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi Valeriya Məmmədova Avropa Ali Təhsil Məkanında geniş tətbiq edilən ESG Standartlarına və yerli kontekstdə tətbiqinə dair geniş məlumat verib.

Qeyd edək ki , təlim 17 oktyabr 2022-ci il tarixində Bakı Slavyan Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında əməkdaşlıq haqqında imzalanmış memorandumda planlaşdırılmış xidmətlər çərçivəsində keçirilib. TKTA-nın mütəxəssisləri ilə birgə BSU-da daxili monitorinq sisteminin qurulması, qiymətləndirmə və sillabusların tərtibi ilə bağlı daha iki təlimin keçirilməsi planlşdırılır.