Oktyabrın 26-da Bakı Slavyan Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin bir qrup fəal tələbəsi “Bir Könüllü” Təşkilatının təşkilatçılığı ilə keçirilən təlimçi Zaur Cahangirovun“Effektiv ünsiyyətin sirləri” mövzusunda nitq təlimində iştirak ediblər.
Təlimdə tələbələr düzgün nitqdən istifadə etməyi, düzgün ünsiyyət qurmağı öyrəniblər, həmçinin, müxtəlif söz oyunları ilə söz bazasını da inkişaf etdiriblər.
Təlim zamanı “Düzgün nitq necə qurulur?” adlı videoçarx və slaydlar nümayiş olunub.