BSU-nun bir qrup fəal tələbəsi “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbirdə iştirak ediblər

Oktyabrın 25-də Bakı Slavyan Universitenin bir qrup fəal  tələbəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” tədbirində iştirak ediblər.

Tədbirdə iştirakçılar mövzu üzrə fikirlərini söyləyib və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndiriblər.