BSU-nun bir qrup fəal tələbəsi Heydər Əliyev Mərkəzində olublar

Oktyabrın 20-də  Yeni Azərbaycan Partiyasının ( YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar olaraq YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.  Ekskursiyada Bakı Slavyan Universitetinin (BSU) bir qrup fəal tələbəsi də iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.

Bələdçilər tələbələrə Ulu Öndərin siyasi fəaliyyəti, ölkəmizin tarixi, mədəniyyəti barədə geniş və ətraflı məlumat verib.