BSU-da AzGF-nin “Təhsil Qrantı” müsabiqəsi ilə bağlı infosessiyası təşkil olunub

Oktyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gənclər Fondunun (AzGF) elan etdiyi “Təhsil Qrantı ” müsabiqəsi ilə bağlı infosessiya təşkil olunub.

Tədbirdə çıxış edən AzGF-nin Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov istedadlı tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müsabiqənin əsas məqsədinin təhsilin gənclər üçün əlçatanlığını təmin etmək olduğunu bildirib.

AzGF-nin əməkdaşı İbrahim Mehdiyev müsabiqənin şərtləri və qeydiyyat prosesi haqqında ətraflı məlumat verib.

Sonda müsabiqə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Bir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 1 nəfər və ayaqda şəkili ola bilər