BSU-da Xarici dil müəllimliyi və Filologiya fakültələrinin birinci kurs tələbələri üçün “Nicat yolu” sənədli filminin nümayişi olub

Oktyabrın 19-da Bakı Slavyan Universitetində (BSU) Xarici dil müəllimliyi və Filologiya fakültələrinin birinci kurs tələbələri üçün bu ali təhsil müəssisəsinin şəhid məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Nicat Şükürlünün xatirəsinə həsr olunmuş “Nicat yolu” sənədli filminin nümayişi olub.

Qeyd edək ki, Nicat Şükürlü BSU-nun Humanitar və sosial elmlər fakültəsinin məzunu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.