Oktyabr 15- də Bakı Slavyan Universitetində "Azərbaycanda Alman Dilini Tədris Edən Müəllimlər" İctimai Birliyinin (DLV) yaradılmasının 4 illiyi qeyd edilib.
Təşkilatın sədri Lətifə Qurbanova qonaqları salamlayaraq bu ictimai birliyin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Tədbirdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, DAAD- ın Azərbaycan Dillər Universitetində (ADU), Azərbaycan Texniki Universitetində (ATU), Azərbaycan Neft və Sənaye Universitetində (ADNSU) çalışan lektorları, həmçinin regionlarda orta və ali məktəblərdə alman dilini tədris edən müəllimlər iştirak ediblər.
Tədbirdə DAAD- ın Qafqaz üzrə sədri, ADU -nun Germanistika İnstitunun, Gürcüstandakı Höte İnstitunun rəhbərləri, vaxtilə DLV- nin birgə əməkdaşlıq etdiyi, hazırda Almaniyanın müxtəlif şəhərlərində çalışan tərəfdaşlarının, keçmiş OeAD lektorunun video görüntüləri və təbrikləri də yer alıb.