Polşa səfiri BSU-da olub

Oktyabrın 14-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski və səfirliyin ikinci katibi Katarzyna Piasecka ilə görüşüb. 

Qonaqları salamlayan rektor Anar Nağıyev BSU-nun tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, hazırda BSU-da “Regionşünaslıq (Polşa üzrə)” və “Tərcümə (Azərbaycan dili – polyak dili)” ixtisasları üzrə 32 tələbə təhsil alır. Rektor 2006-cı ildə BSU-da təsis edilən Polyak dili və mədəniyyəti mərkəzinin fəaliyyəti haqqında da söz açıb. 

Səfir Rafal Poborski BSU-da olmaqdan məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlığa maraq göstərdiyini bildirib. 

Görüşdə BSU-nun Polşanın ali təhsil müəssisələri, elmi qurumları ilə əlaqələrin qurulmasının əhəmiyyəti və Polşa universitetləri arasında əməkdaşlığın gücləndirilməsi, BSU ilə Varşava Dövlət Universiteti, Nikolay Kopernik adına Torun Universiteti və digər tərəfdaş universitetləri arasında bağlanmış müqavilələr çərçivəsində akademik mobilliyin optimallaşdırılması, həmçinin, beynəlxalq təhsil və elmi proqramlar çərçivəsində əməkdaşlığın həyata keçirilməsi müzakirə olunub. 

Eyni zamanda, Polşanın universitetləri ilə ikili diplom proqramları və ortaq layihələrin işlənməsi, Polşa milli akademik mübadilə agentliyinin (NAWA) dəstəyi ilə təhsil və tədqiqat layihələrin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

 

Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 6 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 7 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər