BSU-da “ İnsan Alverinə qarşı mübarizədə tələbə-gənclərin mübariz olması vacibdir” adlı dəyirmi masa keçirilib

Oktyabrın 13-də Bakı Slavyan Universitetində (BSU) "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” layihəsi çərçivəsində “İnsan Alverinə qarşı mübarizədə tələbə-gənclərin mübariz olması vacibdir” adlı dəyirmi masa təşkil olunub.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri, layihənin rəhbəri İlham Əliyev insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışaraq dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini bildirib.

Layihənin eksperti Elçin Bayramlı dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı ətraflı məlumat verib.

Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov çıxışında insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu diqqətə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.