Bakı Slavyan Universitetində (BSU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə alman danışıq dili kursları təşkil edilib.
Oktyabrın 13-dən fəaliyyətə başlayan bu kursların təşkil edilməsində məqsəd tələbələrin alman dili üzrə bilik səviyyələrinin daha da inkişaf etdirilməsidir.
Alman danışıq dili kursları Alman filologiyası kafedrasının nəzdindəki Vilhelm fon Humboldt adına Alman Tədris və Mədəniyyət Mərkəzində bir həftədən bir, həftənin 4-cü günləri Alman dili müəllimliyi və Almaniyaşünaslıq ixtisaslarının II, III və IV tədris ili tələbələri üçün nəzərdə tutulur.
Dekabrın 22-dək davam edəcək kurslarda tələbələrə Almaniyada yaşayış tərzi, alman mətbəxi, nəqliyyat, təhsil, insani münasibətlər və səyahət mövzularında məlumatlar veriləcək.
BSU-nun Alman filologiyası kafedrasının və Germanistika İnstitutunun müdiri, professor Sevinc Rzayeva DAAD-ın dil üzrə assistenti Kaiqiang Zhangı təqdim edib və tələbələrə uğurlar arzulayıb.