Oktyabrın 10-u Bakı Slavyan Universitetində (BSU)Tələbələrlə iş şöbəsi və Pedaqogika və psixologiya kafedrasının birgə təşəbbüsü ilə “Gənc psixoloqlar” klubunun fəal tələbələri üçün Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş seminar təşkil olunub.
Seminarda çıxış edən Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov gələcəkdə də bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Təhsil fakültəsinin dekanı, dosent Sevinc Axundova, Pedaqogika və psixologiya kafedrasının müəllimləri Aybəniz Xəlilova və Natavan Musayeva Ümumdünya Psixi Sağlamlıq Gününün tarixi, psixi sağlamlıq anlayışı, onun meyarlarının müəyyənləşdirilməsi barədə geniş məlumat veriblər.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Billurə Rəsulova psixi və fiziki sağlamlığa aid videotəqdimat nümayiş etdirərək əsas və vacib məqamları tələbələrin diqqətinə çatdırıb.