BSU-nun şəhid məzunu Nicat Şükürlünün məzarı ziyarət edilib

Oktyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələr universitetin şəhid məzunu, Vətən müharibəsi şəhidi Nicat Şükürlünün məzarını ziyarət ediblər.

Ziyarət zamanı onun məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, Nicat Şükürlü BSU-nun Humanitar və sosial elmlər fakültəsinin məzunu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

2022-ci ildə Bakı Slavyan Universiteti tərəfindən Nicat Şükürlünün xatirəsinə həsr olunmuş “Nicat yolu” sənədli filmi çəkilib.