BSU-nun bir qrup tələbə və magistrantı VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər

Oktyabrın 8-də Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbə və magistrantı Bakı Ekspo Mərkəzində keçirilən “Şuşa ili”nə həsr olunmuş VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

Sərgidə 150-dən artıq yerli və xarici nəşriyyatın bütün janrlar üzrə təqdim etdiyi kitablar təqdim olunub, tanınmış yazarların imza günləri və yeni nəşr olunan kitablarının təqdimatları təşkil edilib.

Tələbələr Azərbaycan və dünya ədəbiyyatının sevilən müəlliflərinə məxsus kitablarla tanış olaraq yeni nəşrlərlə bağlı müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin əməkdaşları ilə müzakirələr aparıblar. Həmçinin, bir sıra tanınmış şair və yazıçıların imza günündə də iştirak ediblər.

Bir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər