Oktyabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) bir qrup fəal tələbəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyətin açılış mərasimində iştirak ediblər.
Yenilənmiş həyət Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 ünvanlarında 1500 sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb.
BSU tələbələri yenilənən həyətdə ağacəkmə aksiyasında iştirak ediblər.