BSU-da “SABAH.lab” Akselerasiya Mərkəzi ilə bağlı məlumatlandırma sessiyası olub

Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən “SABAH.lab” Akselerasiya Mərkəzinin əməkdaşları ilə brilikdə tələbələr üçün məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə BSU-nun Humanitar və sosial elmlər, Filologiya, Tərcümə və Təhsil fakültələrinin tələbələri iştirak ediblər.

Məlumatlandırma sessiyası zamanı tələbələrə gənclərin yerli və qlobal innovativ startap layihələrə cəlb edilməsi, yeni startapların qurulması və inkişafı, investorların cəlb edilməsi, layihələrin dünya bazarına təqdim edilməsi, startap komandaların təşkili haqqında ətraflı məlumat təqdim olunub.