BSU-da birinci kurs tələbələri ilə görüşlər keçirilib

16-28 sentyabr tarixlərində Bakı Slavyan Universitetinin (BSU) bütün fakültələrində birinci kurs tələbələri ilə görüşlər keçirilib.


Görüşlərdə BSU-nun fakültə dekanları, rektorun müşaviri Elçin Hüseynov, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri  Rüfət Həşimov, tədris işləri üzrə dekan müavinləri, tərbiyə işləri üzrə dekan müavinləri, həmçinin kafedra müdirləri, professor və müəllim heyəti çıxış ediblər. Görüşlərdə tələbələrə BSU-da Boloniya prosesi, tədrisin kredit sistemi ilə təşkili, tələbə təhsil krediti, dərs və imtahan qaydaları haqqında ətraflı məlumat verilib.


Görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.