BSU tələbələri “Xeyir xəbər” tamaşasının təqdimatında iştirak ediblər

Bakı Slavyan Universitetinin bir qrup fəal tələbəsi sentyabrın 24-də Bakı Gənclər evində təşkil olunan “Xeyir xəbər” adlı tamaşanın təqdimat mərasimində iştirak ediblər.


Şəhid ailələri, qazilər, incəsənət adamları, tələbə və gənclərin iştirakı ilə keçirilən tədbirdə məqsəd Vətən müharibəsində öz qanları ilə tarix yazan şəhidlərin ruhuna ehtiram və gənclər arasında vətənpərvərlik hissinin artırılmasıdır.


Tədbirdə həmçinin, rəsm sərgisi də nümayiş olunub.