“Rus dili müəllimliyi” ixtisasına qəbul olunan tələbələr arasında anket sorğu keçirilib

16-23 sentyabr tarixlərində “Rus dili üzrə “Xarici dil müəllimliyi” ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi” adlı qrant layihənin çərçivəsində BSU-nun II korpusunda “Xarici dil müəllimliyi” fakültəsində yeni tərtib edilmiş təhsil proqramı üzrə tədrisi aparmaq üçün pilot qrupun formalaşması məqsədilə anket sorğusu keçirilib.


Anket sorğusu “Rus dili müəllimliyi” ixtisasına qəbul olunan I kurs tələbələr arasında aparılıb. 149 tələbədən 108 nəfər sözügedən qrupda oxumaq istəyini bildirib. Nəticədə, 108 tələbədən 21 nəfər pilot qrupuna seçilib.