BSU tələbələri “ADEX” 2022 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak ediblər

Sentyabrın 8-də Bakı Slavyan Universitetinin Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılovun rəhbərliyi ilə universitetin bir qrup fəal tələbələri Bakı Ekspo Mərkəzində təşkil olunan 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak ediblər.

26 ölkədən 200-dən çox şirkətin iştirakı ilə keçirilən “ADEX” 2022 sərgisində Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələrin hərbi, milli stendləri nümayiş olunub. Sərgidə ANAMA tərəfindən Qarabağda həyata keçirilən fəaliyyətlə bağlı təqdimatlar, əməliyyatlar zamanı zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların maketləri, həmçinin ən son beynəlxalq standartlar və metodologiyalara cavab verən avadanlıqlar təqdim olunub. Tələbələrə rəsmi nümayəndələr tərəfindən yerli və digər ölkələrə məxsus silah və texnikalar haqqında geniş məlumat verilib.