Bakı Slavyan Universitetinin ( BSU) Məktəb-Lisey Kompleksinin məzunları builki qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. Belə ki, bu il BSU-nun Məktəb-Lisey Kompleksinin 86 nəfər məzunundan 84 nəfəri respublikamızın müxtəlif tanınmış və nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub.