BSU -da Sənəd Qəbulu Komissiyası öz işinə başlayıb

2022-2023-cü tədris ili üzrə Bakı Slavyan Universitetinin ( BSU) plan yeri 95.62 faiz dolub. Beləliklə, BSU respublika üzrə plan yeri 95 faizdən çox olan universitetlər sırasında qərarlaşıb.


BSU-da abituriyentlərin sənəd qəbulu onlayn aparılir. Bununla yanaşı, universitetdə qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyası yaradılıb. Universitetə qəbul olunmuş abituriyentlər, həmçinin onların valideynləri komissiyaya öz sual və müraciətlərini ünvanlayırlar, komissiya üzvləri tərəfindən onlara ətraflı izahlar verilir.


Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 2 sentyabr tarixindən 12 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyent müvafiq sənədlərin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

 

Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər