Bakı Slavyan Universitetinin bakalavr pilləsinə qəbul olmuş abituriyentlərin qeydiyyat qaydaları

 

 

 

Bakı Slavyan Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaqdır.

 

2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 2 sentyabr tarixindən 12 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyent aşağıda qeyd olunan sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

 

DİQQƏT http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 

Tələb olunan sənədlər:

 

  1. Tam orta təhsilini başa vurması haqqında sənəd.

 

  1. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);

 

  1. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün).

 

QEYD: Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq. Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.

 

Telefon : 599 08 70  (daxili 105)

 

Email: inform.ted@bsu-uni.edu.az