BSU-nun Məktəb-Lisey Kompleksinin 3 məzunu qızıl və gümüş nişana layiq görülüb

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin " Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında" əmrinə əsasən, ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub. Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 2 məzunu - Camal Pərviz oğlu Cəfərov, Şükran Mühəndis qızı Mikayılzadə qızıl nişana, 1 məzunu - Murad Əliş oğlu Ağamirzəyev isə gümüş nişana layiq görülüblər.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan məzunlar Nazirlər Kabinetinin 2010-cu ildə müvafiq qərarı ilə təsdiq edilmiş " Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunma Qaydası" na əsasən müəyyənləşdirilib.

Bir açık hava görseli olabilir

Fotoğraf açıklaması yok.