BSU-nun məzunlarına yüksək öyrənmə nəticələrinə görə təşəkkürnamələr təqdim edilib

 

Fotoğraf açıklaması yok.

 

 

 

Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 7 iyul 2021-ci il tarixli qərarı ilə artıq ikinci ildir ki, ən yüksək öyrənmə nəticələri göstərmiş tələbələrin karyera inkişafının dəstəklənməsi məqsədi ilə ali təhsil müəssisəsinin məzunlarının müxtəlif inkişaf proqramlarında iştirakı universitet tərəfindən qarşılanır. Qərara əsasən, 2021-2022-ci tədris ilində yüksək öyrənmə nəticələrinə görə BSU-nun 6 tələbəsi - Əliyeva Səkinə, Həsənova Səbinə, Xantəmirli Nuray, Qədirova Səbinə, Qubiyeva Tamella, Əliyeva Xanımbacı təşəkkürnamə ilə təltif ediliblər.

Hər fakültə üzrə ən yüksək müvəffəqiyyət göstəriciləri ilə tədrisini başa vurmuş BSU məzunları 1(bir) il ərzində iş həyatı, eləcə də ali təhsilin növbəti səviyyəsi üzrə ehtiyac duyduqları bilik və bacarıqların artırılması məqsədi ilə yerli, beynəlxalq təlim və inkişaf proqramlarında iştirak edə biləcəklər.

BSU-nun rektoru Anar Nağıyev tələbələrə yüksək öyrənmə nəticələrinə görə təbrikində qeyd edib ki, müasir bilik cəmiyyəti dövründə ali təhsil müəssisələri fəaliyyətini daha çevik qurmaqla ömürboyu öyrənmə imkanlarını təmin etməlidir. Anar Nağıyev məzunların ali təhsil müəssisəsinin inkişafındakı vacib rolunu qeyd edərək, onları BSU-da təlim və tədris prosesinin təşkilində daha yaxından iştirak etməyə dəvət edib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu mükafata BSU-nun 8 məzunu layiq görülüb.