Siyasi elmlər və diplomatiya üzrə yay məktəbinin 4-cü günü

İyulun 12-də Yay məktəbinin qonağı Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev olub. Rektor Anar Nağıyev Vilayət Quliyevi və iştirakçıları salamlayaraq təşəkkürünü bildirib.

Vilayət Quliyevin uzun illər müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərərək ölkələrarası diplomatik münasibətlərin, ikitərəfli əlaqələrin inkişafında xidmətlərindən söz açıb. Rektor onun gələcəyin diplomatları olan gənclərə tövsiyə və məsləhətlərinin Yay məktəbinin iştirakçıları üçün faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev təşkilatçılara təşəkkür edərək, Yay məktəbi iştirakçıları üçün məruzə ilə çıxış edib.

Sonra o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

May be an image of 3 people, people sitting, people standing and indoor

May be an image of 5 people, people standing and indoor