Bakı Slavyan Universitetinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi ilə birgə Şamaxı rayonunda təşkil etdiyi Siyasi elmlər və diplomatiya üzrə Yay məktəbi 9 iyul 2022-ci il tarixində start götürüb.
Qeyd edək ki, 9-14 iyul 2022-ci il tarixlərini əhatə edən Yay məktəbinə ölkə üzrə ümumilikdə 15 universitetin müvafiq ixtisaslarda təhsil alan tələbə və magistrantları cəlb edilib.
Yay məktəbinin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.